Azərbaycanın İtaliyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb
Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması səbəbindən elan olunmuş matəm günü ilə əlaqədar ölkəmizin İtaliyadakı səfirliyində dövlət bayrağı yarıya endirilmiş, xatirə kitabı açılmışdır.
Səfirlik tərəfindən İtaliyanın dövlət qurumlarına, mənzil qərargahı Romada yerləşən təşkilatlara, eləcə də diplomatik nümayəndəliklərə nota göndərilmişdir. Dekabrın 26-27-də matəm günü ilə əlaqədar səfirlikdə xatirə kitabının açıldığı bildirilmişdir.
İtaliyanın dövlət qurumlarının nümayəndələri və digər ölkələrin Romadakı diplomatik korpusun üzvləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.