2017-04-18

Xarici işlər naziri Elmar Məmmədyarov Maltanın xarici işlər naziri Corc Vella ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Malta Respublikasına rəsmi səfəri çərçivəsində Maltanın xarici işlər naziri Corc Vella ilə görüşüb.

Görüşdə nazir Corc Vella 2016-cı ilin aprel ayında ölkəmizə etdiyi səfərini və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladaraq, ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşdü.

İki ölkə arasında münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsinin məmnunluq ifadə edilərək, ikitərəfli münasibətlərin inkişafi baxımından son dövrlər həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd edildi.

Enerji sektorunda səmərəli əməkdaşlığın mövcudluğu, eləcə də iqtisadiyyatın digər sahələri, turizm, sərmayə qoyuluşu, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd olundu.

Azərbaycan və Malta arasında münasibətlərin daha da irəlilədilməsi baxımından ikitətərəfli hüquqi-normativ bazanın genişləndirilməsinin əhəmiyyəti qeyd edildi, xüsusilə də iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafı üçün müvafiq sənədlərin imzalanmasının vacibliyi vurğulandı.

Görüşdə həmçinin terrorçuluq, həll edilməmiş münaqişələrin beynəlxalq sülh, sabitlik və təhlükəsizliyə təhdid olduğu qeyd edildi. Bu xüsusda, nazir E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesinin cari durumu, o cümlədən Azərbaycanın mövqeyi haqqında ətraflı məlumat verdi.

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, Maltanın hazırda Avropa İttifaqına sədrliyinin bu əməkdaşlığa verə biləcəyi töfhələr haqqında fikir mübadiləsi aparıldı. Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazişin imzalanmasına Malta tərəfindən dəstək ifadə edilərək, Azərbaycanın Avropa üçün enerji, eləcə də nəqliyyat baxımından əhəmiyyəti vurğulandı və bu sahədə müvafiq layihələr haqqında geniş fikir mübadiləsi aparıldı.

Sonda Elmar Məmmədyarov Malta Xarici İşlər Nazirliyinin xatirə kitabına ürək sözlərini yazdı.

http://mfa.gov.az/news/909/4839 

Arxiv üzrə axtarış