2016-05-27

28 May - Respublika Günü İtaliya mətbuatının diqqət mərkəzində

http://azertag.az/xeber/955670

 

İtaliyanın aparıcı informasiya agentliyi “Adnkronos” həftəlik icmalında Azərbaycanın milli bayramı - Respublika Gününə həsr olunan videoreportaj yayıb. Reportajda Respublika Gününün əhəmiyyəti, ölkəmizin müsəlman Şərqində ilk demokratik respublika, teatr, opera və baletin vətəni olması, habelə müstəqillik dövründə əldə edilmiş nailiyyətlər barədə ətraflı bəhs edilir və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin fikirlərinə yer verilir.

Respublika Günü ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyinin təşkil etdiyi rəsmi qəbul bu ölkənin nüfuzlu “Il Messaggero” qəzeti tərəfindən işıqlandırılıb. Tədbirin əhəmiyyəti, burada edilmiş çıxışlarla bağlı məlumat verən qəzetdə rəsmi qəbulun İtaliya ictimaiyyətinin marağına səbəb olduğu və burada ölkənin rəhbər şəxsləri və aparıcı siyasətçiləri ilə yanaşı, tanınmış mədəniyyət xadimlərinin də iştirak etdikləri diqqətə çatdırılır.

İtaliyanın “Dazebaonews” və “Radioartistweb” xəbər portallarında da Respublika Günü ilə bağlı ətraflı məlumat verilib. Məlumatlarda Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbulla yanaşı, ölkəmizin tarixi, mədəniyyəti, inkişafı, İtaliya ilə əməkdaşlıqdan da bəhs edilib.

Arxiv üzrə axtarış