Səfir Məmməd Əhmədzadə
4 oktyabr 1976-cı il tarixində Bakı şəhərində doğulmuşdur
Təhsil:
1993-1997 |
Beynəlxalq münasibətlər üzrə bakalavr, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi, Bakı Dövlət Universiteti |
1998-1999 |
Enerji və ətraf mühit sektorunun idarə edilməsi və iqtisadiyyatı üzrə magistr – MEDEA, Scuola Superiore Enrico Mattei – ENI Corporate University, Milan, İtaliya |
1997-2000 |
Beynəlxalq münasibətlər üzrə magistr, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi, Bakı Dövlət Universiteti |
Əmək fəaliyyəti:
1997-1999 |
Aparıcı mütəxəssis və baş mütəxəssis, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Xarici Sərmayələr İdarəsi |
2000-2003 | Analitik, İtaliya Milli Xarici Ticarət İnstitutu (ICE) Bakı ofisi |
2000-2003 | Müəllim, Beynəlxalq münasibətlər kafedrası, Bakı Dövlət Universiteti |
2003-2007 |
Attaşe, üçüncü katib, ikinci katib, Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi |
2007-2010 |
Nazirin Katibliyinin rəisi - Nazirin köməkçisi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi |
2010 | Fövqəladə və Səlahiyyətli Səfir diplomatik ranqı almışdır |
2010–2015 |
Azərbaycan Respublikasının Argentina Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri |
2011-2015 |
Azərbaycan Respublikasının eyni zamanda Paraqvay Respublikası, Uruqvay Şərq Respublikası, Çili Respublikası, Boliviya Çoxmillətli Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri |
2016- |
Azərbaycan Respublikasının İtaliya Respublikasında eyni zamanda Malta Respublikası və San Marino Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Ərzaq Proqramı (WFP), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlхalq Fоnd (IFAD) yanında daimi nümayəndəsi |
Xarici dillər:
İtalyan, ispan, ingilis, rus
Evlidir, bir qızı və iki oğlu var