Sənədlərin Tərcüməsi

Sənədlərin Tərcüməsi

SƏNƏDLƏRİN TƏRCÜMƏSİ VƏ NOTARİAL TƏSDİQİ

Azərbaycan Respublikasının İtaliya Respublikasında Səfirliyinin konsulluq bölməsi italyan dilində tərtib edilmiş sənədlərin Azərbaycan dilinə tərcüməsini təsdiq etmək hüququna malikdir.

Sənədlərin tərcüməsi üçün tələb olunan sənədlər:

  1. Sənədin əsli və notarial qaydada təsdiq edilmiş surəti.
  2. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd.
  3. Dövlət rüsumu:
    Xarici dildən Azərbaycan dilinə- 10 ABŞ dolları (sənədin hər səhifəsi üçün)
    Azərbaycan dilindən xarici dillərə- 20 ABŞ dolları (sənədin hər səhifəsi üçün)
Səfirliyin aşağıda göstərilmiş bank hesabına dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi:

Unicredit Banca di Roma

Numero conto: 0000400992178
IBAN: IT 67 C 02008 05001 000400992178



Arxiv üzrə axtarış