2018-01-18
İtaliya 2017-ci ildə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmuşdur

2017-ci ilin nəticələrinə görə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 4,72 milyard ABŞ dolları olmuşdur ki, bu da Azərbaycanın xarici ticarət dövriyyəsinin 20,91 faizinə bərabərdir.

2017-ci il ərzində Azərbaycandan İtaliyaya 4,4 milyard ABŞ dolları dəyərində ixrac həyata keçirilmişdir ki, bu da ölkəmizin ixracatının 31,9 faizinə bərabərdir.

İtaliyadan Azərbaycana idxal olunmuş məhsulların dəyəri isə 318 milyon dollar olmuşdur ki, bu da ölkəmizin idxalatının 3.63 faizini təşkil edir.

Bu göstəricilərə görə, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac məntəqəsi və yeddinci böyük təchizatçısı (Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna və Almaniyadan sonra) kimi qərarlaşmışdır. Bununla, İtaliya Avropa İttifaqı ölkələri arasında Almaniyadan sonra Azərbaycanın ikinci böyük təchizatçısına çevrilmişdir.

2016-cı ildə ikitərəfli ticarət dövriyyəsi 1.8 milyard ABŞ dolları olmuşdur və 2017-ci ildə isə ticarət dövriyyəsi 2.3 dəfədən çox artmışdır.

Azərbaycan, həmçinin İtaliyanın ən böyük xam neft təchizatçısına çevrilmişdir və İtaliyanın idxal etdiyi xam neftin 18,6 faizi ölkəmizin payına düşür.

növbəti xəbər əvvəlki xəbər