2017-12-06
QARABAĞ, fəxrimizsən!

Dünən Romada tarixi anlar yaşadıq. Azərbaycanımızın fəxri olan “Qarabağ” futbol klubumuz Romanın “Olimpico” stadionunda “Roma” futbol klubu ilə qarşılaşdı. Bizə bu tarixi anları yaşatdığı üçün “Qarabağ” futbol klubumuza, eləcə də “Qarabağ”ımıza dəstək olmaq üçün stadionda bizimlə birgə azarkeşlik edən bütün dostlarımıza, o cümlədən İtaliya senatorları Sergio Divina, Maria Rizzotti, Paolo Tosato, Milli Məclisin deputatı Sahibə Qafarova, habelə İtaliya-Azərbaycan Gənclər Assosiasiyası, İtaliyada təhsil alan tələbələrimiz və İtaliyadakı Azərbaycan icmasının üzvlərinə təşəkkürümüzü bildiririk.

növbəti xəbər əvvəlki xəbər