2017-03-27
2017-ci ilin yanvar-fevral ayları üzrə İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, İtaliya cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət tərəfdaşları sırasında 461,5 mln. dollarlıq ticarət dövriyyəsi ilə birinci yeri tutur (2016-cı ilin həmin ayları ilə müqayisədə dövriyyədə 41,4% artım qeyd olunur).

Yuxarıda qeyd edilən aylar ərzində İtaliya ilə ticarət əlaqələri Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 17,57% - ni təşkil edir.

 

növbəti xəbər əvvəlki xəbər