2016-11-08
Bugün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı 1918-ci il 9 noyabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edilmiş və 1991-cı il 5 fevral tarixində müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı elan edilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir və qeyri-iş günü hesab olunur.

1 sentyabr 2010-cu il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişdir.

Azərbaycan Respublikası bayrağı üç bərabər horizontal zolaqdan ibarətdir. Üst zolaq mavi, orta zolaq qırmızı və aşağı zolaq yaşıl rəngdədir. Bayrağın mərkəzində, qırmızı zolağın üstündə ağ rəngdə 8 guşəli ulduz və aypara yerləşir.

növbəti xəbər əvvəlki xəbər