2016-06-28
İtaliyalı mətbuatı Bakıda keçirilmiş “Formula - 1” yarışından yazmışdır

Cari il 24 iyun tarixində İtaliyanın “Dazebaonews” analitik-informasiya portalı italyan jurnalist Marko İakonettinin (Marco Iaconetti) Bakıda keçirilmiş “Formula – 1” yarışlarına həsr edilmiş “Bakı, Formula – 1-in sonuncu həddi. Çətinlik aşılmışdır” adlı məqaləsi dərc edilmişdir.

Müəllif Azərbaycanın “Formula – 1” yarışlarını keçirməsi və “SOCAR”-ın 2016-cı il Avropa Çempionatına sponsorluq etməsinin ölkəmizin dünyada tanıdılması baxımından əhəmiyyəti baxımından “Azərbaycan effekti” ifadəsinin yaranmasına səbəb olduğunu qeyd edərək, ölkəmizin zəngin tarixi-mədəni irsə malik, Qafqaz və Mərkəzi Asiya bölgəsinin iqtisadiyyatı və turizmi üçün cazibə mərkəzi olduğunu bildirir.

Yarışın yüksək səviyyədə təşkil edilməsi məsələsinə toxunan M.İakonetti, “Formula 1”in prezidenti Berni Ekklestounun fikirlərindən sitat gətirərək qeyd edir: “Formula 1”i keçirən hər bir ölkənin Azərbaycan kimi çalışması fantastik olardı, Bakı inanılmaz iş həyata keçirdi”.

Məqalədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fikirlərinə də yer verilərək bildirilir ki, Azərbaycan paytaxtının gözəlliklərini və ölkənin əldə etdiyi inkişafı dünyaya tanıtmaqda “Formula - 1” yarışı əhəmiyyətlidir və son dövrlərdə turistlərin sayında artım müşahidə edilir və bu yarış turistlərin sayının daha da artmasına töhfə verəcəkdir.

Daha sonra qeyd olunur ki, Azərbaycan artıq “Eurovision 2012” mahnı müsabiqəsi, 2015 Avropa Oyunları kimi tədbirlər də təşkil etmişdir. 2016-cı il Şahmat üzrə Olimpiada, 2020-ci il Avropa Futbol Çempionatının 4 oyunu da Azərbaycanda keçiriləcəkdir, habelə ən böyük məqsəd 2028-ci ildə Yay Olimpiadasına ev sahiblik etmək ola bilər ki, bütün bunlarla da dünya “Azərbaycan effekti” barədə danışmaqda davam edəcəkdir.

Yazıda, habelə Azərbaycanın yalnız idman tədbirləri ilə deyil, gözəl təbiəti, zəngin mədəniyyəti və müxtəlif dinlərin birgə yaşayışı xüsusiyyətinə görə də maraq kəsb etdiyini bildirilir.

Məqalə ilə aşağıdakı linkdən tanış nola bilərsiniz:

 

http://www.dazebaonews.it/italia/fatti-opinioni/item/42719-baku-ultima-frontiera-della-formula-uno-sfida-vinta.html

növbəti xəbər əvvəlki xəbər