2016-06-21
İtaliyanın “RAI” kanalında ölkəmizlə bağlı reportaj hazırlanmışdır

19 iyun tarixində Bakıda keçirilmiş “Formula-1” final yarışmasının İtaliyanın ən önəmli televiziya kanalı olan “RAI 1”də canlı yayımı çərçivəsində Azərbaycanın italiya turistləri üçün yeni turizm istiqaməti kimi təşviqi ilə əlaqədar reportajlar yayımlanmışdır. Reportajlarda ölkəmizin tarixi-mədəni irsi, xalçaçılıq ənənələri, habelə Bakı şəhərinin memarlığı, şəhərin görməli yerləri, o cümlədən Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Alov Qüllələri barədə məlumatlar verilmişdir.

Bundan əlavə, məlumatlarda habelə Azərbayanın neft sənayesi tarixi, ölkəmizin son illərdəki inkişafı, beynəlxalq idman tədbirlərinin təşkilatçısı olmasından da söhbət açılmışdır. Eləcə də, canlı yayım vaxtı Azərbaycanın milli musiqi alətləri və muğam musiqi sənəti barədə təqdim edilmiş ayrıca reportajda Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Məmmədov və “Qarabağ” xalq çalğı alətləri ansamblının musiqi rəhbəri, əməkdar artist Əliağa Sədiyev və kaman ustası Xəyyam Məmmədovun ifasında Azərbaycan muğam kompozisiyası səsləndirilmişdir.

Verilişlə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

http://www.rai.tv/dl/replaytv/replaytv.html?day=2016-06-19&ch=1&v=682402&vd=

https://www.facebook.com/raisportf1/videos/289011254780016/

https://www.facebook.com/raisportf1/videos/288015954879546/

növbəti xəbər əvvəlki xəbər