2016-05-26
İtaliya televiziya kanalında Azərbaycanın nəqliyyat imkanları barədə danışılıb

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Genuya şəhərində yerləşən “Telenord” televiziya kanalının “Transport” verilişinə müsahibə vermişdir.

Müsahibədə Azərbaycanın nəqliyyat imkanları, Qədim İpək Yolu layihəsinin bərpası, Şimal-Cənub nəqliyyat dəhlizinə Azərbaycanın töhfələri, Azərbaycanda həyata keçirilən mühüm nəqliyyat və infrastruktur layihələri və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verilmişdir. Bu layihələrin ölkəmizdə iqtisadiyyatın diversifikasiyasının dərinləşməsinə əsaslanan Azərbaycanın yeni iqtisadi modelinin tərkib hissəsi olması vurğulanmışdır.

Müsahibə səfir M.Əhmədzadənin İtaliyanın Liquriya regionunun paytaxtı Genuya şəhərinə işgüzar səfəri çərçivəsində təşkil olunmuşdur. Səfər zamanı M.Əhmədzadə Liquriya regionunun prezidenti Covanni Toto, Genuya şəhərinin meri Marko Doriya və regionun işgüzar dairələri və mədəniyyət sahəsinin nümayəndələri ilə görüşlər keçirmişdir. Görüşlərdə Azərbaycan Respublikasının Genuya şəhərindəki fəxri konsulu xanım Marqarita Kosta iştirak etmişdir.

Müsahibə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=wuOjj0ZW8Lc

növbəti xəbər əvvəlki xəbər