2016-04-08
Azərbaycan səfiri İtaliyanın TV2000 kanalının canlı efirində qonaq olmuşdur

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin TV2000 kanalının TGtg xəbərlər proqramının canlı efirində qonaq olmuşdur.

Verilişin aparıcısı Klara İatostinin sullarına cavab olaraq M.Əhmədzadə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, təmas xəttindəki son durum,  Azərbaycanda iqtisadi vəziyyət, iqtisadiyyatın şaxələndirilməsi prosesi, İtaliya-Azərbaycan əməkdaşlığı və perspektivlərinə dair mövzularla bağlı məlumat vermişdir.

Veriliş boyu Ermənistanın Azərbaycana qarşı təcavüzü, xəritə üzərində işğal olunmuş ərazilərimiz, habelə ölkəmizin inkişafını nümayiş etdirən kadrlar göstərilmişdir.

Proqramın videoyazısı ilə buradan tanış olmaq mümkündür.

 

http://www.tv2000.it/tgtg/video/mammad-ahmadzada-e-dario-fabbri-ospiti-di-tgtg-del-7-aprile-2016/

 

https://www.youtube.com/watch?v=_MHDLENBGCg 

növbəti xəbər əvvəlki xəbər