2017-02-25
İtaliyanın 6 böyük şəhərində Xocalı faciəsi anılacaq

“Azərbaycan İtaliya Gənclər Assosasiyası Xocalı faciəsinin 25 -ci ildönümü ilə əlaqədar olaraq İtaliyanın 6 böyük şəhərində silsilə tədbirlər keçirəcək”. Bu barədə Modern.az-a AİGA- nin həmsədri Emin Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, nəzərdə tutulmuş tədbirlər İtaliyanın Roma, Milan, Pisa, Pavia, Turin və Rimini şəhərlərində təşkil olunacaq.

“Nəzərdə tutulmuş şəhərlərin mərkəzi meydanlarında, əhalinin daha sıx olduğu yerlərdə baş tutacaq aksiyalar üçün artıq müvafiq orqanlara məlumat verilib və polisdən icazə alınıb, demək olar ki, bütün hazırlıq işləri yekunlaşıb. Artıq bugün ilk məlumatlandırıcı aksiya İtaliyanın böyük şəhərlərindən biri olan Milanın Piazza del Duomo meydanından start götürəcək”.

Emin Rüstemov bildirib ki, silsile tədbirlər 26 fevral tarixinda İtaliyanın paytaxtı Roma şəhərinin Piazza del Popolo meydanında yekunlaşacaq.

“AİGA olaraq məqsədimiz, İtaliya ictimaiyyətinin, İtaliyani görməyə gələn turistlərin diqqətini məhz Xocalıda baş verənlərə yönəltmək, faciənin 25-ci il dönümündə haqq səsimizi onlara eşitdirməkdir”.

http://modern.az/az/news/126088#gsc.tab=0

növbəti xəbər əvvəlki xəbər