AZƏRBAYCAN-MALTA

Azərbaycan-Malta ikitərəfli münasibətləri

9 yanvar 1995-ci il tarixində Azərbaycan və Malta arasında diplomatik münasibətlər qurulmuşdur.

24 fevral 2006-cı il tarixində səfir Emil Kərimov etimadnaməsini Malta Respublikasının Prezidenti Edvard Fenek-Adamiyə təqdim etmişdir.

17 fevral 2011-ci il tarixində səfir Vaqif Sadıqov Azərbaycan Respublikasının Maltadakı səfiri təyin edilməsi ilə bağlı etimadnaməsini Malta Respublikasının Prezidenti Corc Abelaya təqdim etmişdir.

29-30 sentyabr 2011-ci il tarixlərində Varşavada keçirilmiş Şərq Tərəfdaşlığı Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Maltanın Baş naziri Laurens Qonçi arasında görüş keçirilmişdir.

17 fevral 2014-cü il tarixində Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış İDEA kampaniyası çərçivəsində Maltanın paytaxtı Valetta şəhərində “Dünyaya uşaqların gözü ilə” adlı sərgi təşkil olunmuşdur. Sərginin açılış mərasimində Leyla Əliyeva, Maltanın prezidenti Corc Abela, baş nazir Cosef Muskat və digər rəsmi və ictimai şəxslər iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidentinin 11 aprel 2014-cü il tarixli sərəncamı ilə Kris Balzan Azərbaycan Respublikasının Malta Respublikasında fəxri konsulu təyin edilmişdir. 

15-16 dekabr 2014-cü il tarixlərində Malta Respublikasının Baş naziri Cosef Muskat Azərbaycana səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Malta Respublikasının Baş naziri Cosef Muskatın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə rəsmi səfərdə olan Malta Respublikasının Baş naziri Cosef Muskat ilə görüşmüşdür. Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Maltanın Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Sənədi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Maltanın energetika və səhiyyə naziri Konrad Mizzi imzalamışlar. Eyni zamanda, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Maltanın Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Sənədi Azərbaycanın energetika naziri Natiq Əliyev və Maltanın energetika və səhiyyə naziri Konrad Mizzi imzalamışlar.

2015-ci ilin aprel ayında Maltanın Baş naziri Cozef Muskat Azərbaycanda keçirilən     III Qlobal Bakı Forumunda iştirak etmişdir. Səfər zamanı Maltanın Baş naziri Cozef Muskat Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir.

3 dekabr 2015-ci il tarixində Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Malta Respublikasının xarici işlər naziri Corc Vella ilə görüşmüşdür.

26-27 aprel 2016-cı il tarixlərində Maltanın prezidenti Marie Luiz Koleiro Preka BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlmişdir. Səfər vaxtı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Malta Respublikasının Prezidenti Mari-Luiz Koleyro Preka arasında görüş keçirilmişdir.

28-29 aprel 2016-cı il tarixlərində Malta Respublikasının xarici işlər naziri Corc Vellanın Azərbaycana rəsmi səfəri həyata keçirilmişdir. Səfər vaxtı  maltalı nazir Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, baş nazir Artur Rasi-zadə, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirmiş, ADA Universitetini ziyarət etmişdir. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Malta Respublikası Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

19 oktyabr 2016-cı il tarixində səfir Məmməd Əhmədzadə etimadnaməsini Malta Respublikasının Prezidenti Mari-Luiz Koleyro Prekaya təqdim etmişdir.

17-19 aprel 2017-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Malta Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində o, Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Preka, baş nazir Cozef Muskat, Malta parlamentinin spikeri Anqlu Farruca və xarici işlər naziri Corc Vella ilə görüşlər keçirmişdir.

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 4 mart 2016-cı il tarixindən Qüdrət Həsənquliyev işçi qrupunun rəhbəridir və işçi qrupu sədr də daxil olmaqla yeddi üzvdən ibarətdir.

Malta parlamentində Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Chris Agiusdur və dostluq qrupu sədr də daxil olmaqla yeddi üzvdən ibarətdir.  

2013-cü ilin 9 oktyabr tarixində Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmək məqsədilə Malta parlamentinin sədri Angelo Farrugia Azərbaycana səfər etmişdir. Səfər zamanı o, Milli Məclisin sədri Oqtay Əsədov ilə görüş keçirmişdir.

2015-ci ilin 1 noyabr tarixində Azərbaycanda keçirilmiş parlament seçkilərini izləmək məqsədilə Malta parlamentinin sədri Angelo Farrugia Azərbaycana səfərə gəlmişdir. Səfər çərşivəsində o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş, parlament və hökumət ilə bir sıra görüşlər keçirmişdir.

2016-cı ilin 26 sentyabr tarixində Azərbaycanda keçirilmiş referendumu izləmək məqsədilə Malta parlamentinin sədri Angelo Farrugia Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı o, Seçkilərin Müşahidəsi üzrə Avropa Akademiyasının nümayəndə heyətinin tərkibində prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir.

18 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Malta Respublikasına rəsmi səfəri çərçivəsində Malta parlamentinin spikeri Anqlu Farruca ilə görüşmüşdür. 

 Azərbaycan Respublikası ilə Malta Respublikası arasında

imzalanmış sənədlər: 

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Malta Respublikasının Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Bakı, 2014-cü il 15 dekabr.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Malta Respublikasının Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Bakı, 2014-cü il 15 dekabr.

Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya. Bakı, 2016-cı il 29 aprel.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Malta Respublikası Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında Anlaşma Memorandumu. Bakı, 2016-cı il 29 aprel.

Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 2016-cı il 29 aprel.

Ticarət dövriyyəsi

Azərbaycan Respublikası və Malta Respublikası arasında ticarət dövriyyəsi

(min  ABŞ dolları)

 

İllər

İdxal

İxrac

Dövriyyə

2010

537.0

116,509.7

117,046.7

2011

364.0

268,578.3

268,942.3

2012

307.4

51,685.4

51,992.8

2013

1,055.2

36.9

1,092.1

2014

276.8

86?270.5

86,547.3

2015

99.0

141,929.3

142,028.3

2016

112,8

130.031.4

130,144.2

2017

108.9

36,886.6

36,995.5

2018

107.2

69,721.38

69,828.6