AZƏRBAYCAN-İTALİYA

Azərbaycan-İtaliya ikitərəfli münasibətləri

Qisa məlumat

İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilmişdir;

Fövqəladə və səlahiyyətli səfirlər

Azərbaycanın İtaliyadakı Səfirləri

2003 – 2004                Səfir Elmar Məmmədyarov

2004 – 2010                Səfir Emil Kərimov

2010 – 2015                Səfir Vaqif Sadıqov

2016                            Səfir Məmməd Əhmədzadə

İtaliyanın Azərbaycandakı Səfirləri

1997 - 2001                 Səfir Alessandro Fallovalita

2001 - 2005                 Səfir Marqarita Kosta

2005 - 2010                 Səfir Can Luici Maşia

2010 -  2013                Səfir Mario Baldi

2013 - 2017                 Səfir Canpaolo Kutillo

2017 -                          Səfir Auqusto Massari

Fəxri Konsullar

2009 - Marqarita Kosta İtaliya Respublikasının Genuya şəhərində və Liquriya, Pyemont, Valle d`Aosta, Lombardiya regionlarında Azərbaycan Respublikasının fəxri konsulu;

2015 - Domeniko Koko İtaliya Respublikasının Kataniya şəhərində Azərbaycan Respublikasının fəxri konsulu.

1992-2002

1992-ci ilin 8 may tarixində Diplomatik münasibətlərin qurulmasına dair imzalanmış Protokolun nota mübadiləsi vasitəsilə Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik münasibətlərin əsası qoyulmuşdur.

1992-1993-cü illərdə İtaliya ATƏM-in (indiki ATƏT) Minsk Qrupu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində danışıqlar prosesinə cəlb olunmuşdur, lakin münaqişənin həllinə dair İtaliya tərəfinin (Mario Rafaellinin sədrliyi ilə) hazırladığı təkliflər heç bir nəticə verməmişdir.

1995-cu ilin 10 noyabr tarixində ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı Qarabağ perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş imzalanmışdır.

1996-cu ilin 4 iyun tarixində ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı Şah Dəniz perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş imzalanmışdır. 

1997-ci ilin aprel ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında məhz ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir və Səfirlik İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Alessandro Fallovalitanın başçılığı ilə fəaliyyətə başlamışdır.

1997-ci ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan vermişdir. Səfər müddətində Prezident Heydər Əliyev İtaliya Respublikasının o vaxtkı Prezidenti Oskar Luici Skalfaro, baş nazir Romano Prodi, Senatın prezidenti Nikola Mançino, Deputatlar Palatasının prezidenti Luçano Violante ilə görüşmüşdür. Səfər gedişində Sərmayələrin təşviqi və qorunması, Hava nəqliyyatı, Turizm sahəsində əməkdaşlıq haqqında müqavilələr, Münasibətlərin prinsipləri, İqtisadi əməkdaşlıq, Mədəniyyət, elm, texnologiya sahəsində əməkdaşlıq haqqında birgə bəyannamələr, 1997-1998-ci illər ərzində ikitərəfli texniki əməkdaşlıq haqqında niyyət protokolu və ARDNŞ və ENİ/Agip arasında Xəzər dənizinin Azərbaycan sektorundakı Kürdaşı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin əsas prinsipləri və kommersiya şərtləri haqqında müqavilə imzalanmışdır. Eləcə də Mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

1998-ci ilin 2 iyun tarixində ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş imzalanmışdır.

1998-ci ildə İtaliya Respublikası sənaye və iqtisadiyyat naziri Pier Luici Bersani və İtaliya Respublikası xarici işlər nazirinin müavini Piero Fassino Azərbaycana işgüzar səfərə gəlmişdir.

1998-ci il 1 oktyabr tarixində “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol” imzalanmışdır.

1999-cu ildə İtaliya Respublikası xarici işlər nazirinin müavini Valentino Martellini Azərbaycana işgüzar səfərə gəlmişdir.

1999-cu il 14 aprel tarixində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikasının Azərbaycandakı Səfirliyi arasında “İtaliya-Azərbaycan Qarşılıqlı Balans Fondunun yaradılması və işlədilməsi haqqında Niyyətlər Memorandumu” imzalanmışdır.

2000-ci ilin mart ayında İtaliya İstehsal Fəaliyyəti Nazirliyinin texniki orqanı olan İtaliya Milli Ticarət İnstitutunun (Istituto nazionale per il Commercio Estero-ICE) Azərbaycanda nümayəndəliyi açılmışdır.

2001-ci ilin mart ayında Margherita Costa İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri kimi öz fəaliyyətinə başlamışdır.

2002-ci ilin 7-8 May tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 10 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün İtaliya Respublikası xarici işlər nazirinin müavini Marqerita Boniver Azərbaycana işgüzar səfərə gəlmişdir.

2002-ci il 1 iyun tarixində Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. 

2002-ci ilin 4-5 iyun tarixlərində İtaliya Respublikası istehsal fəaliyyəti nazirinin müavini Valduzzi Azərbaycana işgüzar səfərə gəlmişdir.

2002-ci ilin 25-28 iyun tarixlərində Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Fərhad Əliyev İtaliyada işgüzar səfərdə olmuşdur. Səfər müddətində iki ölkə arasında Kiçik və orta sahibkarlığın inkişafı sahəsində əməkdaşlıq haqqında Hökümətlərarası Memorandum imzalanmışdır.

2002-ci ilin sentyabr ayında İtaliyanın ENİ şirkəti Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsinə dair Sazişi imzalayaraq 5 % payla layihə üzrə sponsorlar qrupunun üzvünə çevrilmişdir. 

2002-ci ilin dekabr ayında İtaliya Respublikası əmək və sosial siyasət naziri Maroni Azərbaycana işgüzar səfərə gəlmişdir. Səfər müddətində iki ölkə arasında əmək və sosial siyasət sahəsində əməkdaşlıq haqqında Protokol imzalanmışdır. 

2003 

2003-cü ilin 1 mart tarixində Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının İtaliyada Səfirliyinin açılması barədə qərar qəbul etmişdir.      

2003-cü ilin iyun ayında İtaliya Respublikası Senatının xarici əlaqələr komitəsinin sədri Proveranın başçılığı ilə İtaliya Respublikası Senatının nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlmişdir. Səfər ərəfəsində Senatda Azərbaycan parlamenti ilə dostluq qrupu yaradılmışdır.

2003-ci ilin iyun ayında İtaliya Respublikası xarici işlər nazirinin müavini Marqerita Boniver Avropa Birliyi nümayəndə heyətinin başçısı kimi Azərbaycana işgüzar səfərə gəlmişdir. 

2003-ci ildə Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır. 

2003-cü il 2 iyul tarixli 895 saylı fərmanı ilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev Elmar Məmmədyarovu Azərbaycan Respublikasının İtaliyadakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin etdi.

2003-cü ilin 27 avqust tarixində səfir Romaya gələrək Səfirliyin açılması ilə bağlı fəaliyyətə başladı. 

2003-cü ilin 17 dekabr tarixində İtaliya Respublikası Prezidentinin iqamətgahı olan “Palazzo Quirinale”də Səfir Elmar Məmmədyarovun etimadnamələrinin İtaliya Respublikasının Prezidenti Karlo Azeglio Çiampiyə təqdim olunması mərasimi keçirilmişdir.

2004        

2004-cü il 19-25 may tarixlərində Sumqayıt şəhərinin icra başçısı Vaqif Əliyevin rəhbərliyi ilə şəhər nümayəndə heyətinin İtaliyaya səfəri təşkil olunmuşdur. Nümayəndə heyəti İtaliyanın Bari şəhərində Pulya regionunun və Bari şəhərinin rəhbərliyi ilə görüşlər keçirmiş, Sumqayıtla Bari arasında qardaşlaşma əlaqələrinin yaradılmasına dair niyyət protokolu imzalanmışdır. Səfər çərçivəsində eləcə də, Romada “Confservizi” (xidmət sektorunda fəaliyyət göstərən şirkətlərin konfederasiyası) təşkilatında, eləcə də Səfirlikdə Sumqayıt şəhər nümayəndə heyəti üçün İtaliya işgüzar dairələrinin nümayəndələri ilə görüş olmuşdur.

2004-cü il 21 iyul tarixində “AR Höküməti ilə İR Höküməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasına və vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında konvensiya” imzalanmışdır.

2004-cü il 6-7 oktyabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər etmişdir. Səfər çərçivəsində E.Məmmədyarov İtaliya Respublikası xarici işlər naziri Franko Frattini ilə görüşü, xarici işlər nazirinin müavini xanım Marqerita Boniver və digər hökumət və parlament nümayəndələrinin iştirakı ilə rəsmi nahar, Senatın Prezidenti cənab Marçello Pera, Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədri Qustavo Selva ilə görüşlər, bir qrup Senat və Deputatlar Palatasının üzvləri ilə şam yeməyi keçirilmişdir. Səfərin iqtisadi hissəsi ilə bağlı Abano Terme (Padova əyaləti) şəhər bələdiyyəsinin binasında Padova əyalətinin rəsmiləri, sonra isə biznes mərkəzi “Centro Cursaal - Al Cursaal”da 60-a yaxın şirkətlərin nümayəndələri ilə görüş təşkil olunmuşdur, həmçinin Venesiyada Veneto Regionunun rəhbərliyi, Veneto Regionunun Sənaye Konfederasiyasının, Sənayeçilər Assosiasiyasının, Ticarət Palataları Birliyinin rəhbərləri ilə görüş təşkil olunmuşdur.

2004-cü il 17-18 oktyabr tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Gövhər Baxşəliyeva və Milli Məclisin üzvü Amaliya Pənahova İtaliya Respublikası Deputatlar Palatası tərəfindən təşkil olunmuş “Uşaq və yeniyetmələrin qorunmasına dair dünya qadın parlamentarların konfransı”nda iştirak etmək üçün Romada səfərdə olmuşdurlar. Qonaqlar Deputatlar Palatasının Sədri Pier Ferdinando Kazini ilə görüş keçirmişdir. Səfər müddətində Azərbaycan deputatları üçün həmçinin İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri senator Fiorella Provera və komissiyanın sədr müavini senator Franko Danieli ilə də görüş keçirilmişdir.

18 noyabr 2004-cü il tarixində səfir Emil Kərimovun etimadnaməsinin İtaliya Respublikasının prezidenti Karlo Azempi Ciampiyə təqdim edilmə mərasimi keçirilmişdir.

2004-cü il 24-25 noyabr tarixlərində İtaliya Respublikası xarici işlər nazirinin müavini xanım Marqerita Boniver Azərbaycana səfər etmişdir. Səfəri müddətində 2004-cü il 25 noyabr tarixində “AR və İR Hökümətləri arasında iqtisadi münasibətlərə dair məşvərət qrupunun yaradılmasına dair birgə memorandum” imzalanmışdır.

2005

2005-ci ilin 24-25 fevral tarixlərində Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri İlham Əliyevin İtaliyaya rəsmi səfər etmişdir. Səfər müddətində Prezident İlham Əliyev İtaliya Respublikası Prezidenti Karlo Azelio Çampi, Baş nazir Silvio Berluskoni, Deputatlar Palatasının Sədri Pyer Ferdinando Kazini ilə görüşmüş və onların hər biri Azərbaycan Prezidentinin şərəfinə ayrılıqda rəsmi ziyafət vermişlər. Prezident İlham Əliyev həmçinin İtaliyaya rəsmi səfəri çərçivəsində ENİ şirkətinin prezidenti Roberto Poli və İtaliya Milli Olimpiya Komitəsinin sədri Covanni Petruççi ilə görüşmüş, eləcə də İtaliyanın “RaiUno” və "RaiNews24" televiziya kanallarına müsahibələr vermişdir. Səfər vaxtı Azərbaycan-İtaliya Birgə Bəyannaməsi qəbul olunmuş və iki ölkə arasında əməkdaşlığa dair aşağıdakı 8 sənəd imzalanmışdır:

1) Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatı və aradan qaldırılması üzrə qarşılıqlı inzibati yardım haqqında saziş;

2) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İtaliya Respublikası Mədəni İrs və Mədəni Fəaliyyət Nazirliyi arasında mədəniyyət abidələrinin qorunması və inventarlaşdırılması sahəsində əməkdaşlığa dair bəyannamə;

3) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İtaliya Respublikası Mədəni İrs və Mədəni Fəaliyyət Nazirliyi arasında mədəni dəyərlərin mühafizəsi və onların oğurlandığı halda geri qaytarılması sahəsində əməkdaşlığa dair bəyannamə;

4) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və İtaliya Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu;

5) AZƏRTAC və ANSA xəbər agentlikləri arasında informasiya mübadiləsi və əməkdaşlıq haqqında saziş;

6) Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti ilə İtaliya Respublikasının RAİ Radio-Televiziyası arasında əməkdaşlığa dair saziş;

7) Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və İtaliya Milli Olimpiya Komitəsi arasında texniki və idman sahələrində əməkdaşlıq haqqında saziş;

8) Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Roma Şəhər Meriyası (İtaliya Respublikası) arasında dostluq və əməkdaşlıq haqqında protokol.

Səfər zamanı Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyi və İtaliya Milli Xarici Ticarət İnstitutu (İCE) tərəfindən Azərbaycan-İtaliya biznes forumu təşkil olunmuşdur.   

2005-ci ilin 25 fevral tarixində Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı Romanın "Aldrovandi Palace" mehmanxanasında Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyi və İtaliya Respublikası İstehsal Fəaliyyəti Nazirliyinin Milli Xarici Ticarət İnstitutu (İCE) ilə birgə Azərbaycan-İtaliya biznes forumu təşkil olunmuşdur. Tədbirdə Prezident İlham Əliyev iştirak edərək nitq söyləmişdir.

2005-ci ilin 16 may tarixində İtaliya Respublikasının regional məsələlər üzrə naziri Enriko La Loça Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində italiyalı nazir Milli Məclisin sədri Murtuz Ələsgərovla görüşmüşdür. Səfər çərçivəsində nazir La Loça AR Ədliyyə Naziri Fikrət Məmmədovla da görüşmüşdür.

2005-ci ilin 25 may tarixində İtaliya Respublikası xarici işlər nazirinin müavini xanım Marqerita Boniverin Azərbaycana səfəri zamanı Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılması ilə bağlı keçirilmiş təntənəli tədbirə qatılmışdır.

2005-ci ilin 8-12 iyun tarixlərində İtaliya Respublikası Senatının Xarici məsələlər və miqrasiya daimi komissiyasının Sədri senator Fiorello Proveranın Azərbaycana səfəri həyata keçirilmişdir. Səfər müddətində İtaliyalı senator Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş, həmçinin Milli Məclisin sədri Murtuz Ələsgərov, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun sədri Amalya Pənahova, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovla görüş keçirtmişdir.  

2005-ci ilin 6-7 iyul tarixlərində Azərbaycan Hava Yolları Dövlət Konserninin koordinasiya və xarici əlaqələr departamentinin direktorunun müavini Çingiz Əliyevin rəhbərliyi ilə Azərbaycan aviasiya hakimiyyəti orqanlarının nümayəndə heyətinin İtaliyaya səfəri olmuşdur. Səfər müddətində İtaliya Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyində Azərbaycan və İtaliyanın aviasiya hakimiyyəti orqanlarının ekspertlərinin texniki məsləhətləşmələri keçirilmişdir. Səfərin yekunu olaraq “Azərbaycan Respublikası və İtaliya Respublikasının Aviasiya Hakimiyyət Orqanları arasında Anlaşma Memorandumu” imzalanmışdır və həmin sənəd Azərbaycandan Milana hava nəqliyyatı xəttinin açılmasına şərait yaratmışdır. 

2005-ci ilin 5-9 dekabr tarixlərində İtaliya Respublikası rabitə nazirinin dəvəti ilə Azərbaycan Respublikası rabitə və informasiya texnologiyalari naziri Əli Abbasovun İtaliyaya səfəri həyata keçirilmişdir. Səfər müddətində nazir Əli Abbasov İtaliya Respublikası rabitə naziri cənab Mario Landolfi ilə görüşmüş və hər iki nazir tərəfindən “Azərbaycan Respublikası Höküməti və İtaliya Respublikası Höküməti arasında şəbəkə təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş” imzalanmışdır. 

2006 

2006-cı ilin 29-30 mart tarixlərində İtaliya Respublikası Ədliyyə Naziri Roberto Kastelli Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədovun dəvəti ilə Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində nazir R.Kastelli ilk öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir. Görüşdə ikitərəfli əlaqələrin yüksək səviyyəsi qeyd olunmuş və nazir R.Kastelli İtaliyanın Baş Naziri Silvio Berluskonin məktubunu Prezident İlham Əliyevə təqdim etmişdir. Səfər vaxtı Nazir R.Kastelli eləcə də Milli Məclisin Sədri Oqtay Əsədovla, Xarici İşlər Naziri Elmar Məmmədyarovla, Gömrük Komitəsinin Sədri Aydın Əliyevlə görüşlər keçirtmişdir.

2006-cı ilin 20-22 aprel tarixlərində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev İtaliya Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 50-ci ildönümü ilə bağlı keçirilmiş təntənəli mərasimdə iştirak etmək üçün Romada səfərdə olmuşdur. Səfər çərçivəsində cənab F.Abdullayev İtaliya Respublikası Konstitusiya Məhkəməsinin Sədri Annibale Marini ilə görüşmüş və görüşdə iki ölkənin məhkəmə sistemləri arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdır.

2006-cı ilin 27-30 aprel və 12-14 may tarixlərində  İtaliya Respublikası Senatının “Xarici işlər və emiqrasiya” daimi komitəsinin sədri AŞPA-da İtaliya nümayəndə heyətinin üzvü senator Fiorello Provera Azərbaycanda parlamentə keçirilmiş təkrar seçkilərin hazırlıq prosesi ilə tanış olmaq, eləcə də seçkilərdə müşahidəçi kimi iştirak etmək məqsədilə Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin tərkibində Azərbaycanda olmuşdur. 

2006-cı ilin 20 oktyabr tarixində İtaliya xarici işlər nazirinin müavini, Azərbaycan-İtaliya iqtisadi münasibətlərinə dair məşvərət forumunun İtaliyadan olan həmsədri cənab Famiano Kruçanellinin Azərbaycana səfəri həyata keçirilmişdir. Səfər çərçivəsində cənab F.Kruçianelli Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir. Görüşdə ikitərəfli əlaqələrin cari vəziyyəti, əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Səfər çərçivəsində Azərbaycan-İtaliya iqtisadi forumunun ilk iclası keçirilmişdir. Forumun Azərbaycan və İtaliya tərəfdən həmsədrləri Azərbaycan Respublikası İqtisadi İnkişaf Naziri Heydər Babayev və İtaliya Respublikası xarici işlər nazirinin müavini Faminao Kruçanelli ikitərəfli iqtisadi əməkdaşlıq müzakirə edilmişdir. Dövlət nümayəndə heyətləri ilə yanaşı forumda İtaliyanın ENİ, Edison, Fincantieri, Todini, Progetto Consorzio Buffala şirkətlərinin, həmçinin İtaliya Milli Ticarət İnstitutunun (İCE) nümayəndələri də iştirak etmişlər. Sonda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Meşə Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. 

2006-cı ilin 11-12 noyabr tarixlərində İtaliya Respublikası Konstitusiya Məhkəməsinin Sədrinin Franko Bile Azərbaycanda səfəri həyata keçirilmişdir. Səfər çərçivəsində cənab F.Bile Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovla, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə, Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüş, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən təşkil edilmiş “Konstitusiya məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında qarşılıqlı əlaqələr” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.

2006-cı ilin10-11 dekabr tarixlərində Avropa Şurası Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin sədri deputat Andrea Riqoninin Azərbaycana səfəri təşkil olunmuşdur. Səfərdə A.Riqoni Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin Bakıda keçirilmiş iclasında iştirak etmişdir.

2007

2007-ci ilin 29-31 yanvar tarixlərində Azərbaycan Respublikasının Milli Məclisinin Xarici Əlaqələr və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının Sədri, Azərbaycanın AŞPA-kı Nümayəndə Heyətinin rəhbəri, Dillər Universitetinin rektoru Prof. S.Seyidovun İtaliya Respublikasına səfəri təşkil edilmişdir. Səfər zamanı S.Seyidovun İtaliyanın Deputatlar Palatasının Xarici əlaqələr komissiyasinin Sədri Umberto Ranieri, Senatın Xarici əlaqələr və immiqrasiya Komissiyasının Sədri senator Lamberto Dini, senatorlar Culio Andreotti və Enrico Pianetta, eləcə də İtaliyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Andrea Riqoni və nümayəndə heyətinin digər üzvləri ilə görüşləri təşkil edilmişdir. S.Seyidov həmçinin Dillər Universitetinin rektoru qismində Siena və Perucia Əcnəbilər universitetlərində olmuşdur. Müvafiq olaraq rektorlar Prof. Massimo Vedovelli və Prof. Stefania Ciannini ilə görüşmüş və universitetlərarası əməkdaşlığa dair sənədlər imzalamışdır:

1) 2007-ci il 29 yanvar tarixində “Azərbaycan Dillər Universiteti ilə Siena Əcnəbilər Universiteti arasında əməkdaşlıq haqqında Saziş”, Siena şəhəri;

2) 2007-ci ilin 31 yanvar tarixində “Azərbaycan Dillər Universiteti ilə Perucia Əcnəbilər Universiteti arasında əməkdaşlıq haqqında Saziş”,  Peruca şəhəri;

2007-ci ilin 5-6 fevral tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini A.Əzimovun İtaliyaya səfəri təşkil edilmişdir. A.Əzimovun İtaliyanın xarici işlər nazirinin müavini Famiano Kruçanelli, XİN-in Çoxtərəfli siyasi məsələlər və insan hüquqları üzrə Baş Direktoru Culio Terzi, eləcə də Baş Direktorluğun aidiyyəti ofislərinin rəhbərləri ilə, Müdafiə nazirinin müavini Covanni Lorenzo Forçieri, İtaliyanın Avropa Siyasəti və Beynəlxalq Ticarət Nazirinin müavini Milos Budin və İtaliya Karabinieri Qüvvələri (Azərbaycandakı daxili qoşunlara bənzər) Komandanlığında görüşləri olub.

2007-ci ilin 8 fevral tarixində İtaliya Respublikasının Beynəlxalq Ticarət Nazirinin müavini Milos Budin Azərbaycana səfər edib. Səfər zamanı İtaliya nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti, İqtisadi İnkişaf Naziri, xarici işlər nazirinin müavini, Milli Bankın idarə heyətinin sədri, həmçinin AZPROMO-da Azərbaycan iş adamları ilə müvafiq görüşlər keçirmişdir. 

2007-ci ilin 20-23 may tarixlərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri F.Ələkbərov İtaliya İnkişaf Kooperasiyası ilə Dünya Bankının birgə təşkil etdiyi “Şərqi Avropa və Mərkəzi Asiyada gənclər: siyasətdən fəaliyyətə” adlı beynəlxalq konfransda iştirak etmək üçün Romada səfərdə olmuşdur.

2007-ci ilin 21-22 may tarixlərində Azərbaycan Respublikasının İdman və Gənclər Naziri Azad Rəhimov İtaliya İnkişaf Kooperasiyası ilə Dünya Bankının birgə təşkil etdiyi “Şərqi Avropa və Mərkəzi Asiyada gənclər: siyasətdən fəaliyyətə” adlı beynəlxalq konfransda iştirak etmək üçün Romada səfərdə olmuşdur.  Səfər zamanı Nazir A.Rəhimovun İtaliyanın Gənclər Siyasəti və İdman Naziri Covanna Melandrini ilə görüşmüşdür.

2007-ci ilin 29 may - 1 iyun tarixlərində Azərbaycan Respublikasının Ədliyyə Naziri F.Məmmədov İtaliyanın Ədliyyə Naziri Senator Klemente Mastellanın dəvəti ilə İtaliyada rəsmi səfərdə olmuşdur. Nazirlər Kampanya Regionunun Benevento şəhərində görüşüb.

2007-ci ilin 7 iyun tarixində Venesiyada keçirilmiş 52-ci Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində müasir incəsənət nümayəndələrinin əsərlərindən ibarət pavilyon təşkil edilmişdir. Pavilyonun rəsmi açılışında iştirak etmək üçün Mədəniyyət və Turizm Naziri Ə.Qarayev və xalq rəssamı F.Xəlilov İtaliyada səfərdə olmuşlar.

2007-ci ilin 19-20 sentyabr tarixlərində İtaliyanın Deputatlar Palatasının Xarici əlaqələr komissiyasının sədri Umberto Ranierinin rəhbərliyi altında parlament üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşlar.

2007-ci ilin 11-13 dekabr tarixlərində İtaliyanın İqtisadi İnkişaf Naziri Pier Luici Bersani Azərbaycan Respublikasına səfər etmişdir. Səfər zamanı Nazir Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən qəbul edilmiş, həmçinin İqtisadi İnkişaf Naziri H.Babayev, Sənaye və Energetika Naziri N.Əliyevlə görüşmüşdür. Səfər çərçivəsində həmçinin Azərbaycan və İtaliya arasında qaz sektorunda əməkdaşlığa dair Protokol imzalanmışdır. 

2008

2008-ci ilin 20 oktyabr tarixində, Bakıda keçirilmiş Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ilk iclası keçirilmişdir.

2008-ci ilin 11-12 noyabr tarixlərində ENOİ şirkətinin nümayəndələrinin Bakıya səfərləri təşkil edilmişdir. Səfər çərçivəsində şirkət rəhbərləri Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin və Azərbaycan Dövlət Neft Şirkətinin rəsmiləri ilə görüşüb.  

2008-ci ilin 12 noyabr tarixində, Azərbaycan Respublikasının İqtisadi İnkişaf nazirinin müavini M.Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasına səfər etmişdir. M.Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Xarici İşlər və İqtisadi İnkişaf nazirlikləri tərəfindən İtaliya Milli Xarici Ticarət İnstitutunun təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatlarına həsr edilmiş Biznes Forumda iştirak etmişdir. Səfər çərçivəsində M.Cabbarov İtaliya İqtisadi İnkişaf nazirinin müavini A.Urso ilə görüşüb.

2008-ci ilin 14 noyabr tarixində, İtaliya xarici işlər nazirinin müavini A.Mantikanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş 4-cü Enerji Sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı A.Mantika həmçinin Xarici İşlər naziri E.Məmmədyarovla da görüşmüşdür.

2008-ci ilin 25-26 noyabr tarixlərində, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin İtaliya Nazirlər Şurasının Sədri S.Berluskoninin dəvəti əsasında ilə İtaliyaya rəsmi səfər etmişdir. 

Səfər zamanı Azərbaycan Prezidenti İtaliya Nazirlər Şurasının Sədri S.Berluskoni və İtaliya parlamentinin Deputatlar Palatasının Sədri C.Fini ilə görüşmüşdür. 

Bundan əlavə, Prezident İ.Əliyev qaz sektorunda ölkəmizlə əməkdaşlıqda maraqlı olan İtaliyanın Edison şirkətinin icraçı direktoru U.Kuadrinonu qəbul etmiş və İtaliyanın “RAİ İnternational” televiziya kanalının “Focus Next” verilişi üçün müsahibə vermişdir. 

2009

2009-cu ilin 2-3 mart tarixlərində, İtaliya xarici işlər nazirinin müavini Senator A.Mantikanın rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Qafqaza səfəri çərçivəsində Bakıda olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti AR xarici işlər naziri E.Məmmədyarov, Sənaye və Energetika naziri N.Əliyev, İqtisadi İnkişaf nazirinin müavini M.Cabbarovla görüşlər keçirmiş, eləcə də AR Prezidenti tərəfindən qəbul edilmişdir.

2009-cu il 24 aprel tarixli Azərbaycan Respublikası Prezidentinin 245 saylı Sərəncamına əsasən, xanım Marqarita Kosta İtaliya Respublikasının Genuya şəhərində (Liquriya, Pyemont, Valle d`Aosta və Lombardiya regionlarını əhatə etməklə) Azərbaycan Respublikasının fəxri konsulu təyin edilmiş və 9 oktyabr tarixində Genuya şəhərində Azərbaycan Respublikasının fəxri konsulluğunun rəsmi açılış mərasimi keçirilmişdir.

7 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İtaliyada rəsmi səfərdə olmuşdur.

2009-cu ilin 19-22 noyabr tarixində, İtaliyanın Paestum şəhərində keçirilmiş Aralıq Dənizi Arxeoloji Turizm Mübadiləsi Sərgisində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi iştirak etmişdir.

2010

2010-cu ilin əvvəllərində İtaliya Parlamentində Senatın Avropa siyasəti üzrə daimi komissiyasının sədri senator Rossana Boldinin rəhbərliyi ilə İtaliya-Azərbaycan Dostluq Qrupu yaradılıb. Bundan əlavə, Parlamentlərarası İttifaq çərçivəsində İtaliya ilə Mərkəzi və Cənubi Avropa ölkələri ilə ikitərəfli dostluq bölməsi yaradılmışdır.

R.Boldi tərəfindən hazırlanmış “Cənubi Qafqazda vəziyyət” adlı 217 saylı qətnamə layihəsi 16 fevral tarixində Senatın plenar sessiyası zamanı müzakirə edilmişdir. Qəbul edilmiş sənəddə dövlət sərhədlərinin dəyişdirilməsinin yalnız onların razılığı əsasında baş verə biləcəyi və münaqişələrin həllində ərazi bütövlüyü prinsipi vurğulanmışdır.

2010-cu ilin 19-20 fevral tarixlərində Avropa Xalq Partiyası tərəfindən Romada təşkil edilmiş xarici işlər nazirlərinin seminarında və 4-6 iyun tarixlərində Venesiya Komissiyasının yubiley tədbirlərində xarici işlər naziri E.Məmmədyarov, habelə Avropa Xalq Partiyasının 18-19 iyun tarixlərində İtaliyanın Assizi şəhərində təşkil etdiyi xarici işlər nazirlərinin növbəti seminarında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak etmişdir.

2010-cu ilin 25-26 aprel tarixlərində İtaliya iqtisadi inkişaf nazirinin müavini Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya işgüzar səfəri həyata keçirilmişdir. Səfər çərçivəsində A.Ursonun AR xarici işlər naziri E.Məmmədyarov ilə görüşü və Azərbaycan-İtaliya biznes-forumu keçirilmişdir. Forum zamanı A.Urso ilə AR iqtisadi inkişaf nazirinin müavini N.Səfərov arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə imzalanmışdır.

2010-cu ilin 28-30 aprel tarixlərində xarici işlər naziri E.Məmmədyarovun İtaliyaya işgüzar səfəri olmuşdur. Səfər çərçivəsində nazir E.Məmmədyarov italiyalı həmkarı Franko Frattini, Edison şirkətinin icraçı direktoru Umberto Kuadrino ilə görüşlər keçirmiş və Azərbaycandan Türkiyə-Yunanıstan-İtaliya (ITGI) qaz boru kəməri sisteminə qaz təchizatı məsələləri müzakirə edilmişdir.

2010-cu ilin 3-5 may tarixlərində Milli Məclisin sədri Oqtay Əsədovun İtaliyaya səfəri zamanı o, İtaliya Deputatlar Palatasının sədri Canfranko Fini, Senatın sədr müavini Vannino Kiti, eləcə də İtaliya Parlamentində yaradılmış İtaliya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşlər keçirmişdir.

4-6 iyun 2010-cu il tarixlərində xarici işlər naziri E.Məmmədyarov Venesiya Komissiyasının ildönümündə iştirak etmişdir.

18-19 iyun tarixlərində Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komissiyasının rəhbəri Səməd Seyidov Avropa Xalqlar Partiyası tərəfindən təşkil olunan növbəti seminarda iştirak etmişdir. 

2010-cu ilin 23-25 sentyabr tarixlərində İtaliya Senatının Avropa siyasəti üzrə daimi komissiyasının sədri, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri senator Rossana Boldinin rəhbərliyi ilə parlament üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri baş tutmuşdur. 

2010-cu ilin 10-14 noyabr tarixlərində AR səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi nümayəndə heyətinin İtaliyaya işgüzar səfəri həyata keçirilmişdir. 2010-cu ilin 11 noyabr tarixində səfər çərçivəsində O.Şirəliyev italiyalı həmkarı Ferruçio Fatsio ilə görüşmüş, səhiyyə və tibb elmləri sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişdir. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma Memorandumu” imzalanmışdır. 

2010-cu ilin 6-7 dekabr tarixlərində İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantikanın Azərbaycana səfəri zamanı xarici işlər naziri E.Məmmədyarov və sənaye və energetika naziri N.Əliyevlə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan vətəndaşlara münasibətdə qısa müddətli viza rejiminin ləğvinə dair Müqavilə” imzalanmışdır. 

22 dekabr 2010-cu il tarixində Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) və  L’AGI arasında əməkdaşlığa dair saziş imzalanmışdır. 

2011 

12-13 yanvar 2011-ci il tarixlərində xarici işlər nazirinin müavini Araz Əzimov İtaliyaya rəsmi səfər etmişdir. 

2011-ci ilin 8 fevral tarixində səfir V.Sadıqov Azərbaycanın İtaliyadakı səfiri təyin edilməsi ilə əlaqədar Prezident Napolitanoya etimadnaməsini təqdim etmişdir. 

2011-ci ilin 5-10 aprel tarixlərində Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin başçılıq etdiyi heyət İtaliyaya səfər etmişdir. 

2011-ci ilin 23 may tarixində Milan şəhərində Azərbaycanın “Silk Way Airlines” şirkətinin Bakı-Milan-Bakı marşrutu üzrə müntəzəm yükdaşımalar başlanılıb. 

2011-ci ilin 24-27 may tarixlərində AR Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin İtaliyaya işgüzar səfəri təşkil edilmişdir. Həmin səfər çərçivəsində Ə.Vəliyevin İtaliyanın Mədəniyyət nazirinin müavini Mario Ciro, Roma şəhərinin merinin mədəni məsələlər üzrə müavini Dino Qasperini və Roma şəhərinin Tarixi abidələrin bərpası və qorunması baş idarəsinin rəisi professor Umberto Brokkoli ilə görüşləri təşkil edilmişdir. 

2011-ci ilin 25-26 may tarixlərində AR-nın Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun İtaliyaya işgüzar səfəri baş tutmuşdur. Səfər çərçivəsində K.Heydərovun fövqəladə halların idarə edilməsi üzrə dövlət qurumlarında görüşləri təşkil edilmiş və 26 may tarixində “AR Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Anlaşma Memorandumu” imzalanıb. 

2 iyun 2011-ci il tarixində İtaliya Respublikasının Prezidenti Corcio Napolitanonun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın birləşdirilməsinin 150-ci ildönümü ilə bağlı təşkil olunmuş rəsmi tədbirdə iştirak etmişdir. O, həmçinin 5000 hərbçinin iştirak etdiyi hərbi paradda və nümayəndə heyətlərinin şərəfinə təşkil olunmuş konsert proqramında iştirak etmişdir və bir sıra görüşlər keçirmişdir. 

2011-ci ilin 14-18 iyun tarixlərində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri İtaliyaya işgüzar səfər etmişdir. 

2011-ci ilin 5-7 iyul tarixlərində Sənaye və energetika naziri Natiq Əliyev İtaliyaya işgüzar səfər etmişdir. 

2011-ci il 6 iyul tarixində Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər etmişdir. 

2011-ci ilin 13-17 oktyabr tarixlərində, əməkdaşlığın gücləndirilməsi və əlaqələrin mütəmadiliyinin təmin edilməsi məqsədilə,  İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri xanım Rossana Boldinin rəhbərliyi ilə qrupun 10 üzvündən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilmişdir. Nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədovla, Xarici işlər naziri Elmar Məmmədyarovla, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla, Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli ilə, görüşüb. Həmçinin AR Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən qəbul edilmişdir.  

2011-ci ilin oktyabr ayında İtaliyanın Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndə heyətinin Azərbaycana səfər etmişdir. 

2011-ci ilin 25 noyabr – 4 dekabr tarixlərində Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva İtaliyaya səfər etmişdir.

Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondu tərəfindən Romada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən mərasimdə iştirak etmək məqsədilə M.Əliyevanın İtaliyaya səfəri zamanı İtaliya Baş nazirinin xanımı Elza Antonioli Monti və prezident C.Napolitano ilə görüşlər keçirilmişdir. Roma Opera Teatrında mərasimdə İtaliya xarici işlər nazirinin müavini Marta Dassu  iştirak edib.  

2011-ci ilin 29 noyabr tarixində İtaliya Senatında İtaliya Senatında “İtaliya-Azərbaycan münasibətlərinin iyirmi illiyi” mövzusunda keçirilmiş konfransda İtaliyada səfərdə olan Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr qrupunun rəhbəri Azər Kərimli,  üzvləri Rövşən Rzayev, Rüfət Quliyev və AR Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov iştirak etmişdirlər. Səfər çərçivəsində Azərbaycan nümayəndələri 29 noyabr tarixində İtaliya Parlamentinin Deputatlar Palatasının sədri Canfranko Fini tərəfindən qəbul olunmuşlar.

2012

2012-ci ilin 2-3 fevral tarixlərində İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinçentinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olmuşdur. AR sənaye və energetika naziri N.Əliyev və ARDNŞ-nin vitse-prezidenti E.Nəsirov ilə görüşüb.

2012-ci ilin 13 fevral  tarixində Romada şəhər meriyası və İtaliya XİN-i tərəfindən təşkil olunmuş “Via della Seta” (İpək Yolu) adlı beynəlxalq mədəniyyət və innovasiya festivalı çərçivəsində mədəniyyət və turizm naziri Ə.Qarayevin iştirakı ilə “Azərbaycan: İpək yolu üzərində odlar yurdu” adlı Azərbaycan tarixi və incəsənəti sərgisinin açılışı olmuşdur.

2012-ci ilin 20 mart tarixində səfir V.Sadıqov və Romanın meri Canni Alemanno tərəfindən  Romanın Kampidolio Muzeyinin Filosoflar zalının Səfirliyin təşəbbüsü ilə və Heydər Əliyev Fondunun maliyyə yardımı hesabına bərpa edilməsinə dair Saziş imzalanmışdır.

2012-ci ilin 16-20 aprel tarixlərində İtaliyanın kənd təsərrüfatı nazirinin müavini Franko Braqanın Azərbaycana səfəri təşkil edilmişdir. Səfər zamanı, AR kənd təsərrüfatı naziri İ.Abasov ilə  F.Braqa arasında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliyanın Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında Protokol” imzalanmışdır. 

2012-ci ilin 19-22 aprel tarixlərində Azərbaycanın Birinci Xanımı M.Əliyeva İtaliyaya səfər etmişdir.

2012-ci ilin 17-21 aprel tarixlərində İtaliyada ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Günləri keçirilmişdir. Mədəniyyət günləri çərçivəsində 2012-ci ilin 17 aprel tarixində Turinin Karinyano Teatrında, 18 aprel tarixində Venesiyanın Malibran Teatrında,  19 aprel  tarixində Milanın Cuseppe Verdi adına Konservatoriyasında və Azərbaycanın Birinci Xanımı M.Əliyevanın və Romanın meri Canni Alemannonun iştirakı ilə Romanın Auditorium konsert kompleksində Azərbaycanın milli və klassik musiqisi konsertləri keçirilmişdir. 

2012-ci ilin 9-10 iyul tarixlərində İtaliyanın xarici işlər nazirinin müavini Marta Dassu və iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinçentinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər etmişdir. Səfər müddətində AR Prezidenti İ.Əliyev, xarici işlər naziri E.Məmmədyarov, sənaye və energetika naziri N.Əliyev və ARDNŞ-nin vitse-prezidenti E.Nəsirov heyəti qəbul etmişdirlər.

2012-ci ilin 18-19 iyul tarixlərində İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Biacio Abrate Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı o, AR müdafiə naziri S.Əbiyev ilə görüşmüş, AR Prezidenti tərəfindən qəbul edilmişdir. 

2-6 oktyabr 2012-ci il tarixlərində Romanın Ticarət Palatasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

2012-ci ilin 5 noyabr tarixində AR daxili işlər naziri R.Usubov və İtaliyanın daxili işlər naziri Annamaria Kançellieri tərəfindən əməkdaşlıq haqqında Saziş İnterpolun Baş Assambleyasının 81-ci sessiyası zamanı Roma şəhərində imzalanmışdır.

2012-ci ilin 5-6 noyabr tarixlərində daxili işlər naziri R.Usubov İtaliyaya səfər etmişdir.

2012-ci ilin 6-7 noyabr tarixlərində AR müdafiə naziri S.Əbiyev İtaliya müdafiə naziri Canpaolo Di Paolonun dəvəti əsasında İtaliyada rəsmi səfər etmişdir. Səfər çərçivəsində S.Əbiyev italiyalı həmkarı ilə danışıqlar aparmışdır, və səfər çərçivəsində “İtaliya Respublikası Hökuməti və AR Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

2012-ci ilin 12-16 noyabr tarixlərində baş nazirin müavini E.Əfəndiyev İtaliyaya səfər etmişdir. 2012-ci ilin 15 noyabr tarixində Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Romanın Auditorium konsert kompleksində təşkil edilmiş konsert proqramında iştirak edib. E.Əfəndiyev İtaliyanın mədəniyyət naziri Lorentso Ornaqi və Romanın meri Canni Alemanno ilə görüşüb.

2013

2013-cü ilin 4 fevral tarixində AR xarici işlər naziri E. Məmmədyarov İtaliyanın Roma şəhərində İtaliya və İspaniyanın sədrliyi ilə “BMT Təhlükəsizlik Şurası islahatına yeni yanaşmalar” adlı xarici işlər nazirləri konfransında iştirak etmək üçün İtaliyaya işgüzar səfər etmişdir. 

2013-cü ilin 12-16 fevral tarixlərində İtaliyanın Valmontone şəhərinin Göyçay ilə qardaşlaşması çərçivəsində Valmontonenin nümayəndə heyəti Göyçaya səfər edib. Səfər zamanı iki yerli hakimiyyət orqanı arasında əməkdaşlıq protokolu imzalanmışdır. 

5 mart tarixində Romanın Müasir İncəsənət Muzeyində “Fly to Baku” müasir incəsənət sərgisinin açılış mərasimi keçirilmişdir. Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti M.Əliyeva iştirak etmişdir. Sərgi 26 mart tarixinədək davam etmişdir.

2013-cü ilin 13-16 iyun tarixlərində qardaşlaşmış şəhərlər çərçivəsində Naftalan şəhərinin İH nümayəndə heyətinin Pozitano şəhərinə və 2013-cü ilin 19-23 mart və 10-17 dekabr tarixlərində Pozitano şəhərinin rəhbərliyinin Naftalana səfərləri təşkil edilmişdir. 

25-26 iyun tarixlərində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin İtaliya Respublikasının Turin şəhərinə səfəri baş tutmuşdur.

2013-cü ilin 1-2 iyul tarixlərində Sumqayıt şəhərinin İH başçısı Eldar Əzizov Genuya şəhərinin merinin rəsmi dəvəti əsasında orada işgüzar səfərdə olmuşdur. 

2013-cü ilin 11-12 avqust tarixlərində İtaliyanın baş naziri Enriko Lettanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində AR Prezidenti və İtaliya baş naziri arasında görüş keçirilmişdir. Səfərin sonunda Birgə Bəyannamə qəbul edilmişdir.

2013-cü ilin 13-17 sentyabr tarixlərində İtaliyanın Çerveteri şəhərinin Lənkəran ilə qardaşlaşması çərçivəsində Çerveterinin meri Alessio Paskuççinin rəhbərlik etdiyi heyətin Lənkərana geniş proqramlı səfəri təşkil edilmişdir. Səfər zamanı iki yerli hakimiyyət orqanı arasında əməkdaşlıq protokolu imzalanmışdır.

2013-cü ilin 1 oktyabr tarixində dostluq qrupu yeni tərkibdə toplaşaraq İtaliya senatoru, Senatın müdafiə məsələləri üzrə daimi komissiyanın sədr müavini Sercio Divinanı (Leqa Nord, LN partiyası) sədr seçmişdir. Həmçinin, senator Mauro Marino (PD) sədrin müavini, senator Maria Rizzotti (PDL), sabiq senator Roberto Mura (LN) və qrupun KİV-lə əlaqələri üzrə məsul şəxsi Romolo Martelloni (LN) dostluq qrupunun katibləri seçilmişdir.          

25 oktyabr tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə təmir-bərpa işlərinin həyata keçirildiyi Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın açılış mərasimi keçirilmişdir.                                                             

2013-cü ilin 31 oktyabr – 1 noyabr tarixlərində Bakı ilə Neapol şəhərləri arasında qardaşlaşma əlaqələrinin möhkəmlənməsi istiqamətində mühüm addım kimi, Neapol şəhərinin meri Luici de Macistrisin Bakıya səfəri təşkil edilmiş, səfər müddətində o, Bakı şəhəri İH başçısı H.Abutalıbovla ilə görüşmüş və 3-cü Bakı Beynəlxalq Humanitar Forumunda məruzəçi qismində iştirak etmişdir. 

2013-cü ilin 12-14 noyabr tarixlərində İtaliyanın nüfuzlu işgüzar dairələrinin nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri və Bakıda iri miqyaslı Azərbaycan-İtaliya Biznes Forumu təşkil edilmişdir. Forumda İtaliyanın İqtisadi inkişaf naziri K.Kalendanın rəhbərlik etdiyi, ICE prezidenti Rikkardo Monti və İtaliya Sənayeçilər İttifaqının (Confindustria) rəhbərliyinin qatıldığı təqribən 130 İtaliya şirkətini təmsil edən heyət iştirak etmişdir. Tədbirdə “Azpromo” və ICE arasında əməkdaşlıq sənədi imzalanmışdır. Səfər zamanı, heyət AR iqtisadiyyat və sənaye nazirinin müavini N.Səfərov, nəqliyyat nazirinin birinci müavini M.Pənahov və AR DNF-nin icraçı direktorunun müavini İ.Məmmədov ilə görüşüb.

2013-cü ilin 16-17 dekabr tarixlərində İtaliyanın xarici işlər nazirinin müavini Marta Dassunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak etmək üçün Bakıda işgüzar səfərdə olmuşdur.

2013-cü ilin 17 dekabr tarixində İtaliyanın xarici işlər naziri Emma Bonino Şahdəniz-2 Yekun İnvestisiya Sazişinin imzalanma mərasimində iştirak etmək məqsədilə Bakıya işgüzar səfər etmişdir. Səfər zamanı E.Bonino AR Prezidenti tərəfindən qəbul edilmiş və AR xarici işlər naziri E.Məmmədyarov ilə görüş keçirmişdir. 

2014

28-29 yanvar tarixlərində İtaliya Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər etmiş və “2014-cü il üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında İkitərəfli Əməkdaşlıq Planı” imzalanmışdır.

1 mart tarixində “Göyçay və Valmontone arasında dostluq müqaviləsi” imzalanmışdır.

8 mart tarixində “Bormio və Qax arasında Qardaşlaşma haqqında Memorandum” imzalanmışdır.

İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun prezidenti Debora Serakkiani 13-14 mart tarixlərində Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində o, AR Prezidenti tərəfindən qəbul olunmuşdur, eləcə də onun AR iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev və xarici işlər nazirinin müavini X.Xələfovla görüşləri olmuşdur. 

20 mart tarixində “Pozitano Meriyası və Naftalanın icra hakimiyyəti arasında Qardaşlaşma Sazişinin bağlanmasının yekunlaşdırılması üzrə Niyyət Protokolu” imzalanmışdır.

29 aprel tarixində “Çerveteri Meriyası (İtaliya) və Lənkəran şəhəri icra hakimiyyəti (Azərbaycan Respublikası) arasında Dostluq Müqaviləsi” imzalanmışdır.

13-15 iyul tarixlərində AR Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfər etmişdir. Səfər zamanı AR Prezidentini xarici işlər naziri E.Məmmədyarov, energetika naziri N.Əliyev, mədəniyyət və turizm naziri Ə.Qarayev, AR Prezidentinin Administrasiyasının rəhbərinin müavini N.Məmmədov və AR Prezidentinin mətbuat katibi A.Qasımovdan ibarət nümayəndə heyəti müşayiət etmişdir.

14 iyul tarixində AR Prezidenti və İtaliya Prezidenti C.Napolitano ilə təkbətək və daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Daha sonra İtaliyanın Prezidenti adından Prezident İ.Əliyevin şərəfinə nahar yeməyi verilmişdir. Daha sonra AR Prezidenti İtaliya Senatının sədri Pietro Qrasso ilə görüşmüşdür. Bundan sonra AR Prezidenti Romanın “Mercati di Traiano” muzeyində olmuş, burada şəhərin meri İqnatsio Marino ilə görüşmüşdür. Daha sonra AR Prezidenti AR Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında sazişin imzalanması mərasimində iştirak etmi.dir. Bu saziş “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur. Sonda AR Prezidenti İtaliya jurnalistlərinə müsahibə verdi. Günün sonunda AR Prezidentinin İtaliyanın baş naziri M.Renzi ilə görüşü olmuşdur

13-15 iyul tarixlərində AR Prezidentinin İtaliya Respublikasına rəsmi səfəri zamanı "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Roma şəhərinin Meriyası arasında "Via Alessandrina - Fori İmperiali" abidəsinin memarlıq elementlərinin bərpasına dair Saziş imzalanmışdır.

20 sentyabr Bakı şəhərində keçirilmiş Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində iştirak üçün İtaliya iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinçentinin Azərbaycana səfəri;

2-3 oktyabr tarixlərində 4-cü Bakı Beynəlxalq Humanitar Forumunda İtaliyanın parlament üzvləri, siyasi və ictimai xadimləri, nüfuzlu iş adamları, mətbuat nümayəndələri və bir sıra görkəmli şəxsiyyətlərdən ibarət nümayəndə heyəti iştirak etmişdir.

Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) Romada keçirilmiş 100-cü plenar sessiyasının açılış hissəsində iştirak etmək məqsədilə AR xarici işlər nazirinin müavini M.Məmməd-Quliyev 8-10 oktyabr tarixlərində İtaliyada səfərdə olmuşdur. Səfər çərçivəsində 9 oktyabr tarixində M.Məmməd-Quliyev ilə İtaliyanın xarici işlər nazirinin müavini B. Della Vedova arasında görüş keçirilmişdir.

2015

4 mart Romada Bakı 2015 Birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilmişdir. Azərbaycanın birinci xanımı, H.Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri M.Əliyeva mərasimdə iştirak etmişdir. Tədbir zamanı Azərbaycan heykəltəraşlarının əl işlərindən və Bakı 2015 Birinci Avropa Oyunlarına həsr olunan bürünc heykəllərdən ibarət sərgi ilə tanışlıq olmuş. Mərasimdə M.Əliyeva, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, İtaliyanın təhsil naziri Stefania Cannini, Romanın meri İqnatsio Marino, İtaliyanın Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo çıxış etmişdirlər. Daha sonra P.Hikki Bakı 2015 Birinci Avropa Oyunlarının başlanmasına 100 gün qalması münasibətilə Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim etmişdir. 

14 aprel tarixində İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin Azərbaycana rəsmi səfəri həyata keçirilmişdir. Səfər müddətində nazir F.Qudini 30-dan artıq iş adamı müşayiət etmişdir. Səfər zamanı Azərbaycanın "SOCAR Polymer" MMC ilə İtaliyanın "Maire Tecnimont S.p.A" Şirkətlər Qrupu arasında 350 milyon avro dəyərində Sumqayıt polipropilen zavodu layihəsi üzrə müqavilə imzalanmışdır. 

6 may  tarixində 56-cı Venezia Biennale - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində H.Əliyev Fondunun və IDEA-nın dəstəyi ilə Azərbaycanın iki pavilyonunda açılışı olub. H.Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak etmişdir; 

2-6 iyun tarixlərində “5 Ulduz Hərəkatı” partiyasının üzvləri olan senatorlar Andrea Çoffi, Canluka Kastaldi və Vito Petroçellidən ibarət Senatın nümayəndə heyəti Azərbaycana səfəri təşkil edilmişdir;

8-10 iyul tarixlərində AR Prezidenti cənab İlham Əliyev “Milan EXPO 2015” beynəlxalq sərgidə Azərbaycan pavilyonunun açılışında iştirak etmək məqsədilə İtaliyaya işgüzar səfər etmişdir;

27-28 oktyabr tarixlərində Expo Milan 2015 dünya sərgisi çərçivəsində İtaliyanın Səhiyyə Nazirliyi tərəfindən “Planeti sağlam qidalandıraq” mövzusunda keçirilmiş beynəlxalq konfransda AR səhiyyə naziri O.Şirəliyev iştirak etmişdir;

8-10 dekabr tarixlərində AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun İtaliya Respublikasına səfəri baş tutmuşdur. Bu çərçivədə, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İtaliya Respublikası Baş Nazirinin Ofisi yanında Dövlət İdarəçiliyi üzrə Departament arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Sənəd 27 yanvar 2016-cı il tarixində təsdiq edilmişdir.

2016

2-5 fevral tarixlərində AR xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru H.Paşayev İtaliyada səfərdə olmuş, Səfirlik və İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin (SIOI) birgə təşkilatçılığı ilə “Azərbaycan diplomatiyasının tarixi və gələcəyi” mövzusunda konfrans keçirilmişdir. Konfransda H.Paşayevin müəllifi olduğu “Bir səfirin manifesti” adlı kitabının italyan dilində çapdan çıxmış versiyasının təqdimatı təşkil olunmuşdur;

29 fevral tarixində İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında iştirak etmək üçün ölkəmiz səfər etmiş və AR Prezidenti  cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir;

4 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini İtaliya Respublikasının Prezidenti Corcio Napolitanoya təqdim etmişdir.

26 aprel  tarixində  BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün İtaliya mədəniyyət nazirinin müavini Dorina Biankinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Bu çərçivədə D.Bianki Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən qəbul edilmişdir;

26-27 may tarixlərində İtaliya Respublikası Senatının Avropa İttifaqı siyasəti daimi komissiyasının sədri, senator Vanino Kiti ölkəmizə səfəri çərçivəsində AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, AR xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür;

13 iyun tarixində Romada “İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyası”nın 4-cü iclası və Biznes Forum keçirilmiş, bu çərçivədə Azərbaycan Respublikası energetika naziri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin İtaliya Respublikasına səfər etmişdir. Nazir səfər çərçivəsində İtaliya Nazirlər Şurasının katibi Klaudio De Vinçenti və iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşlər keçirmişdir;

17-26 iyun tarixlərində AMEA-nın prezidenti, akademik Akif Əlizadə İtaliyaya səfər etmiş və bu çərçivədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İtaliya Milli Tədqiqat Şurası (CNR) arasında Elmi Əməkdaşlıq Sazişi imzalanmışdır;

21 iyul tarixində İtaliya təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Cannini ölkəmizə rəsmi səfər etmiş, AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, təhsil naziri Mikayıl Cabbarov ilə görüşmüş və ADA Universitetini ziyarət etmişdir;

29-30 sentyabr 2016-cı il tarixlərində Azərbaycanda keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün İtaliya parlamentindən senatorlar Mauro Mariya Marino, Canluka Kastaldi, Vito Rozariyo Petroçelli, Andrea Çioffi, deputat Kristina Barcero və deputat Xalid Kaouki Azərbaycana səfər etmişlər. Səfər çərçivəsində onlar Azərbaycanın Birinci xanımı, Milli Məclisin üzvü, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclisin Sədrinin  birinci müavini Ziyafət Əsgərov ilə görüş keçirmişlər.

7 - 8 noyabr tarixlərində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni ölkəmizə rəsmi səfər etmişdir. Belə ki, P.Centiloni Azərbaycana ilk rəsmi səfər etmiş italyan xarici işlər naziri olmuşdur. Səfər çərçivəsində P.Centiloni AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının həmsədri, energetika naziri Natiq Əliyevlə görüşmüşdür. Səfər zamanı P.Centilonini on mühüm italyan şirkətin nümayəndəsi və “RAI” ictimai televiziyasının çəkiliş qrupu müşayiət etmişdir;

2017

22-23 fevral tarixlərində İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda Azərbaycanda səfərdə olmuşdur. Səfər vaxtı nazir K.Kalenda AR Prezidenti  cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, habelə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında. Səfər vaxtı italiyalı nazir, həmçinin Azərbaycan-İtaliya Biznes Forumunda da iştirak etmiş, forum çərçivəsində AR iqtisadiyyat naziri Niyazi Səfərov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, yüksək texnologiyalar və nəqliyyat nazirinin müavini Elmir Vəlizadə ilə birgə müzakirələr aparmışdır.   

20-21 aprel 2017-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Italiya Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində o, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano və iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşmüşdür. Nazir E.Məmmədyarov həmçinin İtaliyanın ən qədim və nüfuzlu beyin mərkəzlərindən olan İtaliya Beynəlxalq Təşkilat Cəmiyyətində Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş foto sərginin açılışında iştirak etmiş və bu mövzuda keçirilmiş konfransda çıxış etmişdir. 

5-6 may 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə İtaliyanın mədəniyyət və turizm nazirinin müavini Antimo Çezaronun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. A.Çezaro Forum çərçivəsində təşkil olunmuş Nazirlər Şurasında çıxış etmiş, habelə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla, eləcə də Azərbaycan Dillər Universitetində (ADU) italyan dili ixtisası üzrə təhsil alan tələbələr ilə görüşmüşdür.

24 avqust 2017-ci il tarixində İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Auqusto Massari etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

4-25 oktyabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov  ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı konfransda iştirak etmək üçün İtaliyaya işgüzar səfər etmişdir. Nazir Elmar Məmmədyarov sözügedən konfrans çərçivəsində təşkil olunan Yüksək Səviyyəli Görüşdə çıxış etmiş, həmçinin İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano və Siciliyanın Palermo şəhərinin meri Leoluka Orlando ilə görüşmüşdür. 

1-3 noyabr tarixlərində İtaliya Senatının sədr müavini Linda Lanzillotta Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, həmçinin Birinci vitse-prezident Mehriban Əliyeva, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşlər keçirmişdir.

İtaliya Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış sənədlər

1997

  1. Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında Saziş. Roma, 25 sentyabr 1997
  1.  Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qorunması haqqında Saziş. Roma, 28 sentyabr 1997
  1. Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş. Roma, 25 sentyabr 1997
  1. Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında 1997-1998-ci illərdə ikitərəfli texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Roma, 25 sentyabr 1997
  1. Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında mədəniyyət, elm və texnologiya  sahəsində Birgə Bəyannamə. Roma, 25 sentyabr 1997
  1. Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında Birgə Bəyannamə. Roma, 25 sentyabr 1997
  1. Azərbaycan Respublikası və İtaliya Respublikası arasında münasibətlərin prinsipləri haqqında Birgə Bəyannamə. Roma, 25 sentyabr 1997

1998

  1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Bakı, 1 oktyabr 1998

1999

  1. Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikasının Azərbaycandakı səfirliyi arasında İtaliya-Azərbaycan Qarşılıqlı Balans Fondunun yaradılması və işlədilməsi haqqında Niyyətlər Memorandumu. Bakı, 14 aprel 1999

 2002

  1. Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında mədəniyyət, elm və texnologiya  sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 1 iyun 2002
  1. Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında kiçik və orta müəssisələr sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Roma, 25 iyun 2002
  1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İtaliya Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq barədə Niyyət Protokolu. Bakı, 9 dekabr 2002

2004

  1. Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında Konvensiya və həmin Konvensiyaya Əlavə Protokol. Bakı, 21 iyul 2004.
  1. Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi münasibətlər üzrə məşvərət forumu haqqında Birgə Bəyannamə. Bakı, 25 noyabr 2004
  1. Sumqayıt şəhəri (Azərbaycan) və Bari şəhəri (İtaliya) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Niyyət Protokolu. Bakı, 21 may 2004 

2005

  1. Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında gömrük hüquqpozmalarının qarşısının alınması, araşdırılması və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Saziş. Roma, 24 fevral 2005;
  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və İtaliya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu Roma, 25 fevral 2005;
  1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İtaliya Respublikası Mədəni İrs və Mədəni Fəaliyyət Nazirliyi arasında mədəni dəyərlərin mühafizəsi və onların oğurlandığı halda geri qaytarılması ilə əlaqədar əməkdaşlığa dair Bəyannamə. Roma, 24 fevral 2005;
  1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İtaliya Respublikası Mədəni İrs və Mədəni Fəaliyyət Nazirliyi arasında mədəniyyət abidələrin qorunması və inventarlaşdırılması sahəsində əməkdaşlığa dair Bəyannamə. Roma, 25 fevral 2005;
  1. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti ilə İtaliya Respublikasının “RAİ” Radio-Televiziyası arasında Əməkdaşlığa dair Saziş Roma, 24 fevral 2005;
  1. AzərTAc və ANSA xəbər agentlikləri arasında informasiya mübadiləsi və əməkdaşlıq haqqında Saziş. Roma, 24 fevral 2005;
  1. Bakı Şəhəri İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Roma Şəhər Meriyası (İtaliya Respublikası) arasında dostluq və əməkdaşlıq haqqında Protokol Roma, 25 fevral 2005;
  1. Azərbaycan Milli Olimpiya Komitəsi və İtaliya Milli Olimpiya Komitəsi arasında Texniki və İdman Əməkdaşlığı haqqında Saziş. Roma, 25 fevral 2005;
  1. Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında şəbəkə təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş. Roma, 6 dekabr 2005

 2006

  1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Bakı, 20 oktyabr 2006

2007

  1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında təbii qaz sektorunda əməkdaşlıq haqqında Protokol. Bakı, 12 dekabr 2007

2010

  1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma Memorandumu. Roma, 11 noyabr 2010.
  2. Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş. Bakı, 7 dekabr 2010.
  3. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac) və İtaliyanın Jurnalistika Agentliyi (AGİ) arasında əməkdaşlıq haqqında Saziş. 22 dekabr 2010.

2011

  1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikasının   Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Anlaşma Memorandumu. Roma, 26 may 2011.

2012

  1.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında Protokol. Bakı, 20 aprel 2012
  2. Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş.  Roma, 6 noyabr 2012.
  3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İtaliya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Roma, 5 noyabr 2012.
  4. Enerji sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikası Prezidentinin və İtaliya Respublikası Baş nazirinin Birgə Bəyannaməsi. Bakı, 11 avqust 2013

2014

  1. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə. Roma, 14 iyul 2014
  2. Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında Saziş. Roma, 14 iyul 2014.
  3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Roma, 14 iyul 2014.
  4. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Roma, 14 iyul 2014.
  5. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Regional Məsələlər, Muxtariyyətlər və İdman Departamenti-İdman Ofisi arasında idman əməkdaşlığına dair Anlaşma Memorandumu. Roma, 14 iyul 2014.

2015

  1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İtaliya Respublikası Baş nazirinin Ofisi yanında Dövlət İdarəçiliyi üzrə Departamenti arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.  2015-ci il 9 dekabr, Roma. 

Azərbaycan – İtaliya iqtisadi əlaqələri

Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır.

AR Prezidentinin 2006-cı il 20 sentyabr tarixli 1680 saylı Sərəncamına əsasən, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təsis edilmişdir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri 2009-cu ilin 16 yanvar tarixindən energetika naziri Natiq Əliyevdir. Komissiyanın ilk iclası 2006-cı il 20 oktyabr tarixində Bakıda keçirilmişdir. Komissiyanın ikinci iclası 2011-ci il 7 iyul tarixində Romada təşkil edilmişdir. Komissiyanın üçüncü iclası 2013-cü il 17 dekabr tarixində Bakıda keçirilmişdir. Komissiyanın dördüncü iclası 2016-cı ilin 13 iyun tarixində Romada keçirilmişdir.

Son illərdə iqtisadi məsələlər dairəsi üzrə yüksək dövlət nümayəndələri səviyyəsində İtaliyanın iqtisadi inkişaf nazirləri Pier Luici Bersani, Federika Quidi, Karlo Kalenda, iqtisadiyyat və maliyyə naziri Pyer Carlo Padoan, iqtisadi inkişaf nazirinin müavini Karlo Kalenda (ticarət və investisiya məsələlərindən məsul), iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinçenti (enerji məsələlərindən məsul) və kənd təsərrüfatı nazirinin müavini Franko Braqa Azərbaycanda rəsmi səfərdə olmuşlar. Bunlarla yanaşı, sözügedən dövr ərzində İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun qubernatoru Debora Serrakkiani, Roma Ticarət Palatasının prezidenti Cankarlo Kremonezi, İtaliya Ticarət İnstitutunun prezidenti Rikardo Monti Azərbaycana səfər etmişlər. Azərbaycandan isə İtaliyaya AR energetika naziri Natiq Əliyev, AR kənd təsərrüfatı naziri H.Əsədov, AR mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov səfərlər etmişlər.

Azərbaycan ilə İtaliya arasında iqtisadi münasibətlər yüksək templə inkişaf etməkdə davam edir. Son illər ərzində İtaliya davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır. 2009-cu ildən etibarən iki ölkə arasında xarici ticarət dövriyyəsinin dinamikasına nəzər saldıqda, ticarətin sabit yüksək artım təmayülünün şahidi olmaq mümkün idi. Bununla belə, 2012-ci ildən başlayaraq sözügedən dövriyyədə eniş müşahidə olunmuşdur. Bu eniş Azərbaycanın neft ixracatının ümumilikdə azalması və dünya bazarında neft qiymətlərindəki qeyri-sabitliklə izah oluna bilər. AR Dövlət Gömrük Komitəsinin (DGK) statistik məlumatına görə, 2015-ci il üzrə iki ölkə arasında ticarət dövriyyəsi 2,84 milyard ABŞ dollarına (Azərbaycanın ümumi ticarət dövriyyəsinin 13,8%-i) bərabər olmuşdur. Bu göstəricinin 587,8 milyon ABŞ dolları İtaliyadan idxalatın, 2,25 milyard dolları isə İtaliyaya ixracatın payına düşmüşdür. Beləliklə, ticarət dövriyyəsində yüksək müsbət saldo göstəricisinə nail olunmuşdur. Xarici ticarət dövriyyəsində rekord göstərici 2011-ci ildə əldə edilmişdir (9,59 milyard ABŞ dolları). 2016-cı il ərzində İtaliya Azərbaycanın üçüncü ən iri ticarət tərəfdaşı kimi çıxış etmişdir (1,89 mlrd ABŞ dolları). Bununla belə həmin il İtaliya Azərbaycanın ixracında birinci yeri tutmaqla (1,56 mlrd ABŞ dolları), idxalında 7-ci yerdə (332 mln. ABŞ dolları) qərarlaşmışdır.

Azərbaycan Respublikası və İtaliya Respublikası arasındakı ticarət dövriyyəsi

(milyon ABŞ dolları)

İllər

İdxal

İxrac

Dövriyyə

Saldo

 

2007

140,8

940,9

1081,7

800,1

 

2008

190,5

19220

19410,5

19031,5

 

2009

127,7

3788,4

3916,1

3660,7

 

2010

118,3

7044,1

7162,4

6875,2

 

2011

254,5

9340,9

9595,4

9086,4

 

2012

 

261,6

5547,9

5809,5

5286,3

2013

 

249,2

5989,6

6238,8

5740,4

2014

 

272,6

4805,6

5078,2

4532,9

2015

 

587,8

2254,3

2842,1

1666,5

2016

332,2

1559,9

1892,2

1227,8 


İki ölkənin xarici ticarət dövriyyəsinin məhsullar üzrə strukturunda xam neft və neft məhsullarının İtaliyaya ixracı mütləq üstünlük təşkil etmişdir ki, bu da xarici ticarət balansında yüksək müsbət saldo göstəricisinə səbəb olmuşdur. Azərbaycanın 2014-cü il ərzində xam neft ixracının 23%-i İtaliyanın payına düşmüşdür. İdxalatın məhsullar üzrə strukturunda maşınqayırma məhsulları, xüsusi təyinatlı mexaniki qurğular və maşınlar, dəzgahlar, ehtiyat hissələri, həmçinin dərman vasitələri, transformatorlar, inşaat materialları, mebel, ərzaq, trikotaj məmulatları xüsusi yer tutmuşdur.

“ENİ” qrupu Azərbaycanın enerji sektoruna 1995-ci ildən etibarən cəlb olunmuşdur. İtaliyanın "ENİ" şirkəti Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5% paya sahibdir.

Cənubi Qaz Dəhlizinin nəql marşrutları kontekstində 2013-cü ildə TAP layihəsi "Nabukko" ilə rəqabətdə Azərbaycan qazının İtaliyaya daşınması üçün marşrut olaraq seçilmişdir. 2015-ci ilin aprel ayında İtaliya Nazirlər Şurasının layihə ilə bağlı müsbət qərarı olmuş, 20 may 2015-ci il tarixində İtaliya İqtisadi İnkişaf Nazirliyi tərəfindən vahid icazə sənədi imzalanmış və layihənin İtaliyada icrası üçün yaşıl işıq yandırılmışdır. TAP kəmərinin tikintisi ilə bağlı 17 may 2016-cı ildə Yunanıstanın Saloniki şəhərində təməlqoyma mərasimi keçirilmişdir.  İtaliyanın Şahdəniz-2 qazının əsas alıcılarından biri olması nəzərdə tutulur. 2013-cü il 19 sentyabr tarixində Şahdəniz-2 qazının satışına dair imzalanmış sazişə uyğun olaraq, TAP qaz kəməri istismara verildikdən sonra İtaliyanın "Enel" və "Hera" şirkətləri tərəfindən Azərbaycan mənşəli təbii qazın alınması nəzərdə tutulur. Bundan əlavə, müxtəlif İtalyan şirkətlərinə (Saipem, ValvItalia, Renco S.p.a, Bonatti spa, Enereco S.p.a. e Max Streicher S.p.a, Honeywell SRL və s.) Cənub Qaz Dəhlizinin tikintisi üzrə 6 milyard avrodan artıq dəyərdə təchizat və xidmət layihələri verilmişdir.

Bundan başqa Azərbaycanın Dövlət Neft Şirkəti və onun nəzarətində olan şirkətlər tərəfindən İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra iri həcmli müqavilələr imzalanmışdır. Bu müqavilələrin əsasında İtaliya şirkətləri Azərbaycanda neft-kimya sahəsində müəssisələrin tikilməsi və yenidənqurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərini həyata keçirəcəklər. Bunlar arasında “SOCAR Polymer” şirkəti ilə İtaliyanın “Maire Technimont S.p.A.” şirkəti arasında Sumqayıtda Polipropilen zavodunun inşası ilə bağlı müqavilə, “SOCAR Polymer” və İtaliyanın Maire Technimont S.p.A.. şirkəti (nəzarətində olduğu “KT-Kinetics Technology S.p.A” şirkəti adından) arasında Sumqayıtda Polipropilen zavodu layihəsinin reallaşdırılması çərçivəsində Saziş, “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində ARDNŞ və İtaliyanın Technip şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilə, “Danieli & C.Officine Meccaniche SpA” şirkəti və “Baku Steel Company” arasında 5 metallurgiya müəssisəsinin tikintisini nəzərdən tutan “açaraltı” müqavilə vardır.

2000-ci ildən başlayaraq İtaliyanın Xarici Ticarət İnstitutunun (ICE) Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. İki ölkənin işgüzar dairələrini təmsil edən təşkilatlar və iqtisadi əməkdaşlığı təşviq edən digər qurumlar arasında əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu xüsusda, AR Ticarət-Sənaye Palatası və İtaliyanın Palatalar Birliyi, "Azpromo" və ICE arasında təmaslar qurulmuşdur. İtaliyada iki ölkənin iş adamlarını birləşdirən işgüzar assosiasiya qismində İtaliya-Azərbaycan Ticarət İnstitutu fəaliyyət göstərir. Bu quruma 2016-cı ilin yanvar ayından etibarən İtaliya İqtisadi İnkişaf Nazirliyi tərəfindən İtaliya-Azərbaycan Ticarət Palatası statusu verilmişdir.

2012-ci il 6 dekabr tarixində və 2013-cü il 13 noyabr tarixində Bakıda Azərbaycan-İtaliya biznes forumları keçirilmişdir. Birinci forumda İtaliyanın müxtəlif sahələrdə fəaliyyət göstərən 31, ikinci forumda 120 şirkətinin təmsilçiləri, habelə Azərbaycan və İtaliyanın dövlət və işgüzar qurumlarının bir çox nümayəndələri iştirak etmişlər. 2013-cü il 18 noyabr tarixində Roma şəhərində ilk İtaliya-Azərbaycan Turizm Forumu keçirilmişdir. Forumda İtaliya və Azərbaycanın dövlət qurumları, turizm ilə məşğul olan işgüzar birlikləri, turizm şirkətləri, KİV və digərləri olmaqla 150-dən çox nümayəndə iştirak etmişdir. 2016-cı ilin 13 iyun tarixində Roma şəhərində keçirilən Azərbaycan-İtaliya biznes forumda iki ölkədən 200-ə yaxın şirkət iştirak etmişdir. 2017-ci ilin 23 fevral tarixində Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumda iki ölkədən 250-ə yaxın şirkət iştirak etmişdir.