Etibarnamələrin Təsdiqi

Azərbaycan Respublikasının Konsul Nizamnaməsinə və Notariat haqqında Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının səfirlik və konsulluqlarında çalışan konsullar notariat hərəkətləri aparmaq, o cümlədən etibarnamələri təsdiq etmək hüququna malikdirlər.

Etibarnamələrin  təsdiqi vətəndaşın və ya hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin bilavasitə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin konsulluq bölməsinə müraciəti əsasında və şəxsiyyəti təsdiq edən sənədi (ümumvətəndaş pasportunun əsli və şəxsiyyət vəsiqəsinin surəti) təqdim etməklə həyata keçirilə bilər.

Həmçinin aşağıdakı sənədlər əlavə olunmalıdır:

  • Etibar edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti,
  • Vətəndaşın ölkədə daimi yaşadığını, təhsil aldığını və ya işlədiyini təsdiq edən sənədin əsli və surəti;
  • Aşağıda qeyd olunan bank hesabına dövlət rüsumunun ödənilməsi və müvafiq təsdiqedici qəbzin Səfirliyə təqdim edilməsi.

Unicredit Banca di Roma

Numero conto: 0000400992178
IBAN: IT 67 C 02008 05001 000400992178

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq etibarnamələr bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində hüquqi qüvvəsini saxlayır.